Büdcə ödənİşlərİ

HÖP-ün infrastrukturundan istifadə edilməklə büdcə ödənişləri qəbul edilərkən büdcə təsnifatinin kodu, büdcə səviyyəsinin kodu və büdcə təşkilatının kodu kimi vacib rekvizitlər avtomatik rejimdə portal tərəfindən müəyyənləşdirilir və ödəniş tranzaksiyasına əlavə edilir. Eyni zamanda büdcə vəsaitinin toplanılmasına cavabdeh olan dövlət orqanının müvafiq tabeli qurumunun rekvizitləri də ödəniş məlumatlarinin tərkibinə daxil olunur. Bununla da ödənişlərin qəbul edilməsi prosesi sadələşdirilərək, baş verən səhvlərin sayının minimuma endirilməsi və ödəniş tranzaksiyalarının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin və Vergilər Nazirliyinin daxili informasiya sistemlərində avtomatik emalı təmin edilir.
Hazırda 13 mərkəzi icra hakimiyyəti orqanı, “Elektron Məhkəmə” və “Elektron Lisenziya” portalları üzrə büdcə ödənişləri qəbul edilməkdədir.