Xəbərlər
Elan
03-09-2019
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Azərbaycan qəzeti”nin 06 iyul 2019-cu il tarixli nömrəsində dərc edilmiş 5 lotdan ibarət açıq tender Tender komissiyasının 19 avqust 2019-cu il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq baş tutmamış hesab edilmişdir.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin lotlar üzrə açıq tender üsulu ilə yenidən elektron satınalma keçirir:
1-ci lot: Elektron sənəd dövriyyəsi sisteminin proqram platformasının 1 (bir) il müddətində on-site tipli dəstəklənməsi xidmətinin satın alınması;
2-ci lot: Elektron imza üzrə sertifikatlaşma sisteminin proqram platformasının 1 (bir) il müddətində on-site tipli dəstəklənməsi xidmətinin satın alınması;
3-cü lot: Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının 1 (bir) il müddətində on-site tipli dəstəklənməsi xidmətinin satın alınması;
4-cü lot: Maliyyə savadlığı portalının proqram platformasının 1 (bir) il müddətində on-site tipli dəstəklənməsi xidmətinin satın alınması.
5-ci lot: Mərkəzi Bankda istismarda olan Elektron imza üzrə sertifikatlaşma sisteminin modernizasiyası.
Tender proseduru 24 sentyabr 2019-cu il tarixində saat 12:00-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) keçiriləcəkdir.
Maraqlı şəxslər müvafiq lot üzrə tenderdə iştirak etmək üçün portal vasitəsilə elektron elanla tanış ola və iştirak etmək arzusunda olan hər bir lot üzrə 100 (bir yüz) manat məbləğində iştirak haqqı ödəməklə iddiaçı qismində qeydiyyatdan keçərək tenderin Əsas şərtlər toplusunu əldə edə bilər.
Tender komissiyası
Dİgər xəbərlər
01-10-2026
Mərkəzi Bakın məlumatı