Xəbərlər
Bildiriş
13-03-2020
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Azərbaycan qəzeti”nin 27.02.2020-ci il tarixli nömrəsində elanı dərc edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı üçün elektrik mallarının satın alınması ilə bağlı kotirovka sorğusu Satınalmalar komissiyasının 11 mart 2020-ci il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenidən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bank üçün elektrik mallarının satın alınması ilə bağlı kotirovka sorğusu elan olunur.
Kotirovka sorğusu üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən əldə etmək olar.
Kotirovka sorğusu üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri ən geci 02 aprel 2020-ci il saat 18:00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 03 aprel 2020-ci il saat 10:00-da Mərkəzi Bankın inzibati binasında Satınalmalar komissiyası tərəfindən açılacaqdır.
Kotirovka sorğuları üzrə əlaəqləndirici şəxs – Elnur Musayev, telefon - 493 11 22 (daxili 490).
Satınalmalar komissiyası