Xəbərlər
Bildiriş
02-07-2020
Azərbaycan Respublikası Mərkəzi Bankında maliyyə bazarlarına nəzarət üzrə Vahid Nəzarət və Monitorinq Sisteminin yaradılması ilə bağlı tenderin nəticələrinə dair
Azərbaycan Respublikası Mərkəzi Bankı maliyyə bazarlarına nəzarət üzrə avtomatlaşdırılmış Vahid Nəzarət və Monitorinq Sisteminin yaradılması ilə bağlı “Azərbaycan” qəzetinin 09 və 23 aprel 2020-ci il tarixli nömrələrində elan edilmiş açıq tenderin nəticələrinə görə Tender Komissiyasının 09 iyun 2020-ci il tarixli qərarına əsasən “GTSolyuşnz” şirkəti tenderin qalibi müəyyən edilmişdir. Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.
Tender komissiyası