Xəbərlər
Mərkəzi Bank Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi
05-10-2020
5 oktyabr 2020-ci il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti işğal altında olan torpaqlarımızın azadlığı, vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul etmiş və vəsait köçürülmüşdür.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bir aylıq əmək haqqını fonda ianə etmişdir. Mərkəzi Bankın əməkdaşları da bu könüllü tədbirdə fəal iştirak edirlər.