Xəbərlər

Mərkəzi Bankın məlumatı

01-12-2020

2020-ci il; Bakı – 30 noyabr 2020-ci il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiyalar keçirilmişdir.


Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 2 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.


Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat

(Rəhbər işçilər)

Namizədin adı

Topladığı bal

1

Bayramov Eltun Zahid oğlu

79 bal

2

Niftəliyev Mahir Ənvər oğlu

90 bal

 

Attestasiyanın nəticələrinə dair məlumat
(Sığorta vasitəçiləri)

Namizədin adı

Topladığı bal

1

Qafurova Nübar Fizuli qızı 42 bal

2

Əvəzli Elçin Ədil oğlu

55 bal