Xəbərlər
“Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı təlim proqramında iştiraka dəvət
24-12-2020
Azərbaycan Respublikasının Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə savadlılığı” silsilə tədbirləri çərçivəsində 25 yanvar- 02 aprel 2021-ci il tarixlərində tələbələr üçün “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı təlim proqramı həyata keçiriləcək.
Proqram 2 mərhələli olacaq. 25 yanvar-26 fevral tarixlərində Mərkəzi Bank tərəfindən hazırlanmış onlayn kursları uğurla başa vurub sertifikat əldə etmiş tələbələr ikinci mərhələdə iştirak etmək hüququ əldə edəcəklər.
Tələbələr ikinci mərhələdə Azərbaycan Mərkəzi Bankının bank-maliyyə qurumları ilə birgə təşkil etdiyi seminarlarda iştirak hüququ əldə edəcəklər.
Təlimdə maliyyə-iqtisadiyyat sahəsində təhsil alan IV kurs və magistr tələbələri iştirak edə bilərlər. Qeydiyyat üçün CV-ləri 18 yanvar 2021-ci il tarixinədək maliyya_savadliligi@cbar.az ünvanına göndərməyiniz xahiş olunur.
Suallar olduğu təqdirdə bazar ertəsi və çərşənbə günləri saat 10:00-dan 17:00-dək +994 12 4935058 (daxili 767) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd: Təlimlərin virtual və ya fiziki keçirilməsi həmin tarixlərdəki şəraitə uyğun olaraq müəyyən ediləcəkdir.