Xəbərlər
Aktuari şəhadətnaməsi almaq üçün keçiriləcək təlimlərdə iştirakla bağlı elan
05-03-2021
Azərbaycan Respublikasının Mərkəzi Bankı, TSEV - Türk Sigorta Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında müvafiq əməkdaşlığa dair razılığa əsasən Türkiyə Cümhuriyyətinin peşəkar sığorta mütəxəssislərinin cəlb edilməsi yolu ilə sığorta sahəsində peşəkar kadrların hazırlığının daha da gücləndirilməsi üçün təşkil edilmiş sistemli və ardıcıl təlimlər proqramı çərçivəsində dörd mərhələdən ibarət olan aktuar təlimlərinin “Ehtimal nəzəriyyəsi, Statistika, Maliyyə Riyaziyyatı” mövzusu üzrə birinci mərhələsi başa çatmış və planlaşdırıldığı kimi aktuarilərə birinci mərhələnin sonunda imtahan təşkil edilmişdir.
“Qeyri-Həyat sığortası riyaziyyatı” mövzusu üzrə aktuar təlimlərinin ikinci mərhələsi 15 mart – 6 aprel 2021-ci il tarixlərində onlayn keçiriləcəkdir.
İkinci mərhələdə iştirak etmək istəyən aktuarilərin aşağıdakı əlaqə vasitələri ilə iştiraklarını təsdiq etmələri xahiş olunur:
Xumar Hüseynova,
email: Xumar_Huseynova@cbar.az ,
tel: 012 598 27 61