Xəbərlər

Aktuari şəhadətnaməsi almaq üçün keçiriləcək təlimlərdə iştirakla bağlı elan

08-05-2021

Azərbaycan Respublikasının Mərkəzi Bankı, TSEV - Türk Sigorta Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında müvafiq əməkdaşlığa dair razılığa əsasən Türkiyə Cümhuriyyətinin peşəkar sığorta mütəxəssislərinin cəlb edilməsi yolu ilə sığorta sahəsində peşəkar kadrların hazırlığının daha da gücləndirilməsi üçün təşkil edilmiş sistemli və ardıcıl təlimlər proqramı çərçivəsində dörd mərhələdən ibarət olan aktuar təlimlərinin “Qeyri-Həyat sığortası riyaziyyatı” mövzusu üzrə ikinci mərhələsi başa çatmış və planlaşdırıldığı kimi aktuarilərə ikinci mərhələnin sonunda imtahan təşkil edilmişdir.

 

“Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” mövzusu üzrə aktuar təlimlərinin üçüncü mərhələsi 17 may – 26 iyun 2021-ci il tarixlərində onlayn keçiriləcəkdir.

 

Üçüncü mərhələdə iştirak etmək istəyən aktuarilərin aşağıdakı əlaqə vasitələri ilə iştiraklarını təsdiq etmələri xahiş olunur:

 

Xumar Hüseynova,  email: Xumar_Huseynova@cbar.az ,  tel: 012 598 35 50