Xəbərlər

Bildiriş

27-05-2021

Elanları “Azərbaycan qəzeti”nin 05 mart 2021-ci il tarixli nömrəsində elan edilmiş və elektron satınalmaları proseduru çərçivəsində keçirilmiş açıq tenderlərlə əlaqədar Tender komissiyasının 06 may 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankında istifadə olunan standart proqram təminatları üzrə lisenziyaların satın alınması, Mərkəzləşdirilmiş Kredit Reyestri sisteminin proqram platformasının dəstəklənməsinə dair xidmətin satın alınması, Mərkəzi Bankın rəsmi internet səhifəsinin dəstəklənməsinə dair xidmətin satın alınması, Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsinə dair xidmətin satın alınması, Maliyyə savadlığı portalının proqram platformasının dəstəklənməsinə dair xidmətin satın alınması, Menecment informasiya sisteminin proqram platformasının dəstəklənməsinə dair xidmətin satın alınması və Elektron xidmətlər portalının proqram platformasının dəstəklənməsinə dair xidmətin satın alınması üzrə “GTSolyuşnz” MMC, Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün kompüter və printer avadanlıqlarının satın alınması üzrə “Stell Technology” MMC, Azərbaycan Respublikasının Mərkəzi Bankda istifadə olunan printer və surətçıxaran aparatlar üçün kartriclərin və toner tozunun satın alınması üzrə isə “ATA Texnologiya” MMC qalib elan edilmişdir.

Qalib cəmiyyətlərlə müvafiq satınalma müqavilələri imzalanmışdır.

 

Tender komissiyası