Xəbərlər

Bildiriş

02-06-2021

Elanları “Azərbaycan qəzeti”nin 18 mart 2021-ci il tarixli nömrəsində dərc edilmiş və elektron satınalmaları proseduru çərçivəsində keçirilmiş açıq tenderlərlə əlaqədar Tender komissiyasının 03 may 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankında istismar olunan əskinasçeşidləyici sistemlərin fəaliyyətini təmin etmək üçün qablaşdırma materiallarının satın alınması üzrə “Aabacus” MMC, Azərbaycan Respublikası Mərkəzi Bankının xəzinə saxlancının fəaliyyətini təmin etmək üçün mal-materialların satın alınması və xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün etiket və ribbonların satın alınması alınması üzrə “Halal-P” MMC, Azərbaycan Respublikası Mərkəzi Bankının xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün pulsayan maşınların satın alınması üzrə isə “Altair Technologies” MMC qalib elan edilmişdir.

Qalib cəmiyyətlərlə müvafiq satınalma müqavilələri imzalanmışdır.

 

Tender komissiyası