Xəbərlər
Aktuari şəhadətnaməsi almaq üçün keçiriləcək təlimlərdə iştirakla bağlı ELAN
23-08-2021
Azərbaycan Respublikasının Mərkəzi Bankı, TSEV - Türk Sigorta Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında müvafiq əməkdaşlığa dair razılığa əsasən Türkiyə Cümhuriyyətinin peşəkar sığorta mütəxəssislərinin cəlb edilməsi yolu ilə sığorta sahəsində peşəkar kadrların hazırlığının daha da gücləndirilməsi üçün təşkil edilmiş sistemli və ardıcıl təlimlər proqramı çərçivəsində dörd mərhələdən ibarət olan aktuar təlimlərinin “Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri” mövzusu üzrə dördüncü mərhələsi 07 sentyabr - 08 oktyabr 2021-ci il tarixlərində onlayn keçiriləcəkdir.
Dördüncü mərhələdə iştirak etmək istəyən aktuarilərin aşağıdakı əlaqə vasitələri ilə iştiraklarını təsdiq etmələri xahiş olunur:
Xumar Hüseynova, email: Xumar_Huseynova@cbar.az , tel: 012 598 35 50