Xəbərlər

Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat

06-09-2021

06.09.2021-ci il, Bakı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 avqust 2021-ci il tarixli qərarı ilə Həşimov Vasif Atamalı oğluna sığorta agenti fəaliyyətinə verilmiş 08 may 2012-ci il tarixli, 000654 nömrəli lisenziya ləğv edilmişdir.