Xəbərlər
Azərbaycan Respublikasının Mərkəzi Bankı Kotirovka Sorğusu elan edir
17-09-2021
Azərbaycan Respublikasının Mərkəzi Bankına məxsus Bakı şəhəri M.Seyidov küçəsi 20 A ünvanında yerləşən inzibati binanın mühafizəsinin təşkil edilməsi üzrə xidmətin satın alınması.
Kotirovka sorğusu üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən əldə etmək olar.
Kotirovka sorğusu üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri ən geci 01 oktyabr 2021-ci il saat 17:30-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və Satınalmalar komissiyası tərəfindən 04 oktyabr 2021-ci il saat 10:00-da Mərkəzi Bankın inzibati binasında açılacaqdır.
Kotirovka sorğuları üzrə əlaqələndirici şəxslər:
Elvin Şirdanov telefon - 493 11 22 (daxili 428)
Elnur Musayev telefon - 493 11 22 (daxili 490)
Satınalmalar Komissiyası