Xəbərlər

Azərbaycan Respublikasının Mərkəzi Bankı Kotirovka sorğuları elan edir

21-09-2021

  1. Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün elektrik mallarının və avadanlıqlarının satın alınması;
  2. Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan mebel avadanlıqları, habelə qapı-pəncərə sistemləri üçün ehtiyat hissələrinin satın alınması.

 

Kotirovka sorğuları üzrə əsas şərtlər toplularını əlaqələndirici şəxslərdən əldə etmək olar.

 

Kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri ən geci 07 oktyabr 2021-ci il saat 17:30-dək əlaqələndirici şəxslər tərəfindən qəbul ediləcək və Satınalmalar komissiyası tərəfindən 08 oktyabr 2021-ci il saat 10:00-da Mərkəzi Bankın inzibati binasında açılacaqdır.

 

Kotirovka sorğuları üzrə əlaqələndirici şəxslər:

Elvin Şirdanov, telefon - 493 11 22 (daxili 428)

Elnur Musayev, telefon - 493 11 22 (daxili 490)

 

Satınalmalar komissiyası