Xəbərlər

Azərbaycan Respublikasının Mərkəzi Bankında istifadə olunan server, kompyuter və printer avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması üzrə TENDER ELANI

28-09-2021


1. Azərbaycan Respublikasının Mərkəzi Bankı istifadə olunan server, kompüter və printer avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması ilə bağlı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma keçirir.

2. Tender proseduru 27 oktyabr 2021-ci il tarixində saat 15:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcəkdir.

3. Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

4. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Asan Ödəniş Sistemi vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (bir yüz) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə Əsas şərtlər toplusunu əldə edə bilərlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

kod 501004, VÖEN 9900071001


Hesab: AZ25NABZ01701190000000001944

Müxbir hesab AZ74NABZ01451700000000001944

S.W.I.F.T. BİK NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

5. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;

- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;

- Azərbaycan dilində tender təklifi (tender təklifi 10 dekabr 2021-ci il tarixinədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

- iddiaçının tender predmeti üzrə ən azı 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu);

- iddiaçının ixtisas uyğunluğuna dair tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.

6. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını ən geci 26 oktyabr 2021-ci il saat 18.00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 18 oktyabr 2021-ci il saat 15.00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

7. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

8. Malların təqdim edilməsi müddəti: satınalma müqaviləsi imzalandığı gündən etibarən yaranan tələbata uyğun olaraq Sifarişçinin sifarişləri əsasında 1 (bir) il müddətində.

9. Qiymətləndirmə meyarı: qiymət amili.

10. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portalı vasitəsilə verilir.

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Tender komissiyası