Xəbərlər
Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün 1 (bir) ədəd nəqliyyat vasitəsinin satın alınması ilə bağlı TENDER ELANI
10-11-2021
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı 1(bir) ədəd nəqliyyat vasitəsinin satın alınması ilə bağlı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma keçirir.
2. Tender proseduru 08 dekabr 2021-ci il tarixində saat 15:00-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcəkdir.
3. Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
4. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Asan Ödəniş Sistemi vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (yüz) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə Əsas şərtlər toplusunu əldə edə bilərlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
kod 501004, VÖEN 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesab AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BİK NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
5. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olmasını dair məlumat;
- Azərbaycan dilində tender təklifi (tender təklifi 25 yanvar 2022-ci il tarixinədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- iddiaçının müvafiq sahədə ən azı 2 (iki) il iş təcrübəsi olması barədə məlumat;
- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
6. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını ən geci 07 dekabr 2021-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 29 noyabr 2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.
7. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
8. Malın təqdim edilməsi müddəti: satınalma müqaviləsi imzalandığı gündən 60 (altmış) təqvim günü müddətində.
9. Qiymətləndirmə meyarları: maliyyə amili və zəmanət şərtləri.
10. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Tender komissiyası
Dİgər xəbərlər
26-11-2024
Bildiriş
26-11-2024
Valyuta hərracı barədə
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan