Xəbərlər

Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun iclası

15-11-2021

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun 16.11.2021-ci il saat 15:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclasda işçi qrupuna üzv dövlət qurumları, ictimai birlik və assosasiya nümayəndələri, habelə İsveçrə Əməkdaşlıq Təşkilatının (SECO) nümayəndəsinin iştirakı nəzərdə tutulmuşdur. İclasda işçi qrupunun 2021-ci il üzrə fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə ediləcək, xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması istiqamətində hesabat dövründə görülmüş işlər barədə fikir mübadiləsi aparılacaqdır. İclasda həmçinin işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planı layihəsinin müzakirəsi nəzərdə tutulmuşdur.