Xəbərlər
"Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" İşçi Qrupunun görüşü
18-11-2021
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 25.11.2021-ci il saat 15:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclasda emissiya prosedurlarının sadələşdirilməsi ilə bağlı infrastruktur və normativ çərçivəyə baxılması, səhmləri kütləvi təklif üsulu ilə buraxılan emitentlərə vergi güzəştlərinin tanınması imkanlarına baxılması, sığorta bazarının sağlamlaşdırılması və dayanıqlığının artırılması üçün tənzimləyici çərçivənin təkmilləşdirilməsi, investisiyanın səmərəliliyi ilə bağlı maliyyə savadlılığının artırılması və sığorta ilə bağlı məlumatlılığın artırılmasına dair birgə müzakirәlәr aparılacaqdır.
YER: “Webex” onlayn platforması.
Dİgər xəbərlər
26-11-2024
Bildiriş
26-11-2024
Valyuta hərracı barədə
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan