Xəbərlər
“İnvestisiya səyahəti” layihəsi çərçivəsində Lənkəran şəhərində sahibkarlarla görüş keçirilmişdir
06-12-2021
6 dekabr 2021-ci il, Bakı: Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir. Biznes subyektlərinin kapital bazarı vasitəsilə maliyyələşməsinin təşviqi və kapital bazarına dair maarifləndirmə işlərinin aparılması məqsədilə “İnvestisiya səyahəti” layihəsi davam etdirilməkdədir. Mərkəzi Bank, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə “İnvestisiya səyahəti” çərşivəsində sahibkarlarla ikinci görüş 03 dekabr 2021-ci il tarixində Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Tədbirdə kapital bazarının mütəxəssisləri tərəfindən sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmənin və Bakı Fond Birjasında listinqin üstünlükləri çatdırılmış, eyni zamanda investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparılmış və maliyyələşmə imkanları dəyərləndirilmişdir.
Mərkəzi Bank, KOBİA və kapital bazarı iştirakçılarının birgə təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində regionlarda tədbirlər davam etdiriləcəkdir.
Dİgər xəbərlər
26-11-2024
Bildiriş
26-11-2024
Valyuta hərracı barədə
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan