Xəbərlər

Mərkəzi Bank və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə təlimlərə başlanılmışdır

23-02-2022

23 fevral 2022-ci il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti ilə birlikdə ölkədə fəaliyyət göstərən bankların mütəxəssisləri üçün cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) məsələlərinə həsr olunmuş təlim keçirilmişdir. “Müştəri profili üzrə məlumatların yığılması, risk dərəcəsi və onun müəyyən edilməsi əsasları” mövzusunda təşkil olunmuş təlimdə PL/TMM üzrə müxtəlif simulyasiyalara geniş yer ayrılmış, bu istiqamətdə praktiki məsələlərin müzakirəsi və həlli diqqət mərkəzində saxlanılmışdır.

 

25 fevral tarixinədək davam edəcək təlimlər banklarla yanaşı, bank olmayan kredit təşkilatlarının, sığorta şirkətlərinin, investisiya şirkətlərinin və lizinq fəaliyyəti göstərən hüquqi şəxslərin məsul əməkdaşlarını da əhatə edəcək.