Xəbərlər

Aktuari şəhadətnaməsi almaq üçün keçiriləcək imtahanlar barədə elan

03-03-2022

Azərbaycan Respublikasının Mərkəzi Bankı, TSEV - Türk Sigorta Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında müvafiq əməkdaşlığa dair razılığa əsasən “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 3.4-cü və 5.9-cu bəndlərinə müvafiq olaraq aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün “Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı”, “Qeyri-həyat sığortası riyaziyyatı”, “Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” və “Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri” mövzuları üzrə aşağıda qeyd edilən tarixlərdə Mərkəzi Bank tərəfindən imtahanlar keçiriləcəkdir.

İmtahanlarda iştirak etmək istəyən şəxslər qanunvericiliklə tələb olunan sənədləri imtahan tarixinə ən azı 30 gün qalmış Mərkəzi Banka təqdim etməlidirlər.

 

Aktuari şəhadətnaməsi almaq üçün keçiriləcək imtahanların

QRAFİKİ

 

Mövzunun adı

Attestasiya tarixi

Saat

1

Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı

06.05.2022

10:00

2

Qeyri-həyat sığortası riyaziyyatı

18.05.2022

10:00

3

Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər

06.06.2022

10:00

4

Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri

24.06.2022

10:00