Xəbərlər
Tender elanı
11-04-2022
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Ani Ödənişlər Sisteminin arxitekturasında istifadə olunan Oracle VBİS lisenziyalarının dəstəklənməsi xidmətinin satın alınması ilə bağlı açıq tender üsulu ilə elektron satınalma keçirir.
2. Tender proseduru 13 may 2022-ci il tarixində saat 15:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcəkdir.
3. Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq elektron satınalmalarda iştirakına yol verilən sahibkarlıq subyektləri iştirak edə bilərlər.
4. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”na müvafiq olaraq müəyyən 450 (dörd yüz əlli) manat məbləğlərdə iştirak haqqını Portal vasitəsilə ödəməklə Əsas şərtlər toplusunu əldə edə bilərlər:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
5. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının sahibkarlıq subyektlərinin hansı bölgü kateqoriyasına aid olmasına dair məlumat;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan dilində tender təklifi (tender təklifi 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- xidmətin göstərilməsi üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənədlərin surəti;
- iddiaçının tender predmeti üzrə ən azı 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu);
- iddiaçının təklif olunan malların satılmasına müvəkkil edildiyini təsdiq edən Avtorizasiya forması (Manufacturer Authorization Form);
- satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə məlumat.
6. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 12 may 2022-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 29 aprel 2022-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.
7. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
8. Xidmətlərin göstərilməsi müddəti: satınalma müqaviləsi imzalandığı gündən etibarən 2 (iki) il müddətində həyata keçirilməlidir.
9. Qiymətləndirmə meyarları: qiymət və iş təcrübəsi (oxşar işlər üzrə korporativ müştərilərin sayı).
10. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Tender komissiyası
Dİgər xəbərlər
26-11-2024
Bildiriş
26-11-2024
Valyuta hərracı barədə
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan