Xəbərlər

Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə xidmətin satın alınması ilə bağlı TENDER ELANI

25-04-2022


1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2022-ci, 2023-cü və 2024-cü illər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına müvafiq hazırlanmış maliyyə hesabatlarının illik auditinin Beynəlxalq Audit Standartlarına uyğun keçirilməsi üzrə xidmətin satın alınmasına dair açıq tender üsulu ilə elektron satınalma keçirir.

2. Tender proseduru 27 may 2022-ci il tarixində saat 1500-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az) (bundan sonra – Portal) keçiriləcəkdir.

3. Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq elektron satınalmalarda iştirakına yol verilən sahibkarlıq subyektləri iştirak edə bilərlər.

4. İddiaçı şirkətin mərkəzi bankların auditinin keçirilməsi üzrə iş təcrübəsi olmalıdır. Bu tələbə cavab verməyən iddiaçılar tenderdə iştirak edə bilməzlər.

5. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”na müvafiq olaraq müəyyən edilmiş 450 (dörd yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

6. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının sahibkarlıq subyektlərinin hansı bölgü kateqoriyasına aid olmasına dair məlumat;

- Azərbaycan dilində tender təklifi (tender təklifi 15 iyul 2022-ci il tarixinədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (Tenderin əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;

- satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə məlumat;

- iddiaçı şirkətin mərkəzi bankların auditinin keçirilməsi sahəsində iş təcrübəsinə malik olmasını təsdiq edən sənəd (məlumat).

7. İddiaçılar tender təklifini və tender təklifinin bank qarantiyasını ən geci 26 may 2022-ci il saat 1800-a qədər, digər tələb olunan sənədləri isə ən geci 18 may 2022-ci il saat 1500-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

8. Tenderin nəticəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra tenderin qalibi elan ediləcəkdir.

9. Xidmətin göstərilmə yeri: Mərkəzi Bankın inzibati binası (Bakı şəhəri, AZ1014, Rəşid Behbudov küçəsi 90).

10. Xidmətin göstərilməsinin başlanma vaxtı: satınalma müqaviləsi imzalandıqdan sonra.

11. Xidmətin göstərilməsi müddəti: 2022-ci, 2023-cü və 2024-ci illər üzrə hesabat ilindən sonrakı ilin birinci rübünün sonunadək.

12. Qiymətləndirmə meyarı: qiymət amili.

13. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Tender komissiyası