Xəbərlər

Elan

27-05-2022

Elanları 11 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş və elektron satınalmaları proseduru çərçivəsində keçirilmiş açıq tenderlərlə əlaqədar Tender komissiyasının 12 may 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankında istifadə olunan server, kompüter və rabitə avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması üzrə “Unisell” MMC, Azərbaycan Respublikası Mərkəzi Bankında istifadə olunan printer və surətçıxaran aparatlar üçün kartriclərin və toner tozunun satın alınması üzrə “Mixtoner” MMC, Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün kompüter, printer, şəbəkə və digər ofis avadanlıqlarının satın alınması üzrə “Ultra Technologies” MMC, Azərbaycan Respublikası Mərkəzi Bankında istismarda olan Elektron xidmətlər portalının proqram platformasının dəstəklənməsi xidmətinin və Azərbaycan Respublikası Mərkəzi Bankında istismarda olan Menecment informasiya sisteminin funksional imkanlarının genişləndirilməsi və dəstəklənməsi xidmətlərinin satın alınması üzrə isə “GT Solyuşnz” MMC qalib elan edilmişdir. Qalib cəmiyyətlərlə müvafiq satınalma müqavilələri imzalanmışdır.

        

Tender komissiyası