Xəbərlər
Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə
14-07-2022
13 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında aktuari şəhadətnaməsi almaq üçün “Sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlar” mövzusu üzrə attestasiya keçirilmişdir.
Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 4 nəfər (siyahı əlavə olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 5.5-ci bəndinə əsasən attestasiyada iştirak edən şəxs müvafiq mövzu üzrə 60 balı topladıqda attestasiyadan keçmiş hesab olunur.
Attestasiyanın nəticələrinə dair məlumat
(Aktuarilər)
№ |
Namizədin adı |
Topladığı bal |
1. |
Vəliyeva Sevanə Həmdulla qızı |
80 bal |
2. |
Haqverdiyev İlqar Oqtay oğlu |
66 bal |
3. |
Məmmədli Orxan Məmmədağa oğlu |
72 bal |
4. |
Əfəndi Elvin Oqtay oğlu |
70 bal |