Xəbərlər
Mərkəzi Bank tərəfindən maliyyə institutları üçün növbəti silsilə təlimlər təşkil edilmişdir
27-07-2022
27 iyul 2022-ci il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cari ilin iyul ayında bank olmayan kredit təşkilatları, investisiya şirkətləri, lizinq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və həyat sığortası şirkətlərinin mütəxəssisləri üçün cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) məsələlərinə həsr olunmuş silsilə təlimlər keçirilmişdir.
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilik tələbləri və bu sahədə beynəlxalq standartlar" mövzusunda onlayn təşkil olunmuş bu təlimlərdə PL/TMM sisteminin mahiyyəti, vacibliyi, həmçinin bu sahədə beynəlxalq standartlar və qanunvericilik tələbləri geniş müzakirə edilmişdir.
Dİgər xəbərlər
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan