Xəbərlər
Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun iclası
28-07-2022
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun 28 iyul 2022-ci il saat 16:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçiriləcəkdir. İclasda işçi qrupuna üzv dövlət qurumları, ictimai birlik və assosiasiya nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. İclas işçi qrupunun 2022-ci il üzrə təsdiq olunmuş fəaliyyət planının ilin ilk yarısında icrası istiqamətində görülmüş işlərin müzakirəsinə həsr olunacaq, xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, təbii resursların effektiv idarə edilməsi kimi məsələlər əsas müzakirə mövzusu olacaqdır. İclasda effektiv idarəetmə və makroiqtisadi göstəricilər sahəsində ölkənin mövqeyinin yaxşılaşdırılması üçün görülməli işlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Aşağıdakı keçiddən istifadə etməklə Komissiyanın internet portalında iclasla əlaqədar yerləşdirilmiş məlumat və iclasın gündəliyi ilə tanış olmaq mümkündür: