Xəbərlər

Bildiriş

12-08-2022


Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən elan edilmiş aşağıdakı kotirovka sorğuları Satınalmalar komissiyasının 09 avqust 2022-ci il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir:

- Azərbaycan Respublikası Mərkəzi Bankının avtomatik telefon stansiyasının təkmilləşdirilməsi işlərinin satın alınması

- Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin satın alınması

- Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan lift qurğularına texniki xidmətin satın alınması

- Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan lift qurğuları üçün zəruri ehtiyat hissələrinin satın alınması

- Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən UPS avadanlıqları üçün akkumulyatorların təchizatı və quraşdırılması işlərinin satın alınması

Satınalmalar komissiyası