Xəbərlər

Elan

08-09-2022

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən elan edilmiş aşağıdakı kotirovka sorğuları Satınalmalar komissiyasının 06 sentyabr 2022-ci il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir:

- Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin satın alınması

- Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan lift qurğularına texniki xidmətin satın alınması

- Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan lift qurğuları üçün zəruri ehtiyat hissələrinin satın alınması

Satınalmalar komissiyası