Xəbərlər
Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat
13-09-2022
13 sentyabr 2022-ci il, Bakı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyalarının qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyaların qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 07 sentyabr 2022-ci il tarixli qərarı ilə siyahıda göstərilən (siyahı əlavə olunur) 4 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.3-cü maddəsinə əsasən lisenziyaları ləğv edilən fiziki şəxs olan sığorta agentlərinin
SİYAHISI
№ |
Lisenziya sahibinin adı |
Lisenziyanın verilmə tarixi |
Lisenziyanın nömrəsi |
VÖEN |
1 |
Bayramov Elçin Binyamin oğlu |
24.01.2014 |
080502 |
3000818522 |
2 |
Gülməmmədov Rəşad Rövşən oğlu |
09.02.2011 |
000387 |
5400347182 |
3 |
Quliyev Tural Tamil oğlu |
03.05.2013 |
000925 |
2302233082 |
4 |
Quliyeva Çinarə Vilayət qızı |
18.02.2010 |
000329 |
1001819422 |
Dİgər xəbərlər