Xəbərlər

Azərbaycan Respublikasının Mərkəzi Bankında İnformasiya təhlükəsizliyinin qiymətləndirilməsi üzrə müdaxilə sınağının keçirilməsinə dair TENDER ELANI

21-11-2022

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İnformasiya təhlükəsizliyinin qiymətləndirilməsi üzrə müdaxilə sınağının keçirilməsi üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir:

2. Tender proseduru 21 dekabr 2022-ci il tarixində saat 15:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

3. Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq elektron satınalmalarda iştirakına yol verilən sahibkarlıq subyektləri iştirak edə bilərlər.

4. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”na müvafiq olaraq müəyyən edilmiş 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

5. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- İddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;

- Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- İddiaçının sahibkarlıq subyektlərinin hansı bölgü kateqoriyasına aid olmasına dair müvafıq dövlət orqanından arayış;

- İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan

Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;

- Azərbaycan dilində tender təklifi (tender təklifi 21 dekabr 2022-ci il tarixindən azı 30 (otuz) bank günü müddətində qüvvədə olmalıdır);

- Tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

- İddiaçının tender predmeti üzrə ən azı 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu);

- Müdaxilə sınağı üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənədlərin surəti;

- İddiaçının Bank və maliyyə sektorunda İnformasiya təhlükəsizliyinin qiymətləndirilməsi üzrə müdaxilə sınağının keçirilməsinə dair görülmüş layihələr haqqında məlumat;

- Satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafıq dövlət orqanından arayış;

- İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə müvafıq dövlət orqanından arayış.

6. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 20 dekabr 2022-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 12 dekabr 2022-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

7. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı tarixdən.

8. İşlərin görülməsi müddəti: satınalma müqaviləsi imzalandığı tarixdən 50 (əlli) iş günü müddətində.

9. Qiymətləndirmə meyarları: maliyyə amili.

10. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.