Xəbərlər

Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun iclası

05-12-2022

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun 06.12.2022-ci il saat 16:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclasda işçi qrupuna üzv dövlət qurumları, ictimai birlik və assosasiya nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. İclasda işçi qrupunun 2023-ci il üzrə fəaliyyət planı layihəsinin müzakirəsi nəzərdə tutulmuşdur. İclasda işçi qrupunun 2023-ci il üzrə fəaliyyət planında nəzərdə tutulmuş tədbirlər müzakirə ediləcək, xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılacaqdır.

https://azranking.az/az/protocols-announcements