Xəbərlər

Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun iclası

22-12-2022

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi Qrupunun 27 dekabr 2022-ci il tarixində saat 11:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

 

İclasda İşçi Qrupunun 2023-cü il üzrə Fəaliyyət Planı (layihə) və Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2023-cü il üzrə Yol Xəritəsi haqqında məlumat veriləcək, daha sonra Fəaliyyət Planı və Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində qrup üzvləri ilə qarşılıqlı müzakirələr aparılacaqdır.

 

Aşağıdakı keçiddən istifadə etməklə Komissiyanın internet portalında iclasla əlaqədar yerləşdirilmiş məlumat və iclasın gündəliyi ilə tanış olmaq mümkündür:

 

https://azranking.az/az/protocols