Xəbərlər
Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun iclası
17-01-2023
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun 18.01.2023-cü il saat 16:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi planlaşdırılmışdır. İclasda işçi qrupuna üzv dövlət qurumları, ictimai birlik və assosasiya nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. İclasda işçi qrupunun 2022-ci ildə gördüyü işlər və 2023-ci il üzrə fəaliyyət planı layihəsi müzakirə ediləcəkdir. İclasda xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması və dövlət tənzimlənməsinin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılacaqdır.
https://azranking.az/az/protocols-announcements
Dİgər xəbərlər