Xəbərlər
Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə
30-01-2023
2023-cü il; Bakı – 24 və 30 yanvar 2023-cü il tarixlərində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiyalar keçirilmişdir.
Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 3 nəfər (siyahı əlavə olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının (Qayda) 5.5-ci bəndinə əsasən aktuari şəhadətnaməsi almaq üçün attestasiyada iştirak edən şəxs müvafiq mövzu üzrə 60 balı topladıqda attestasiyadan keçmiş hesab olunur.
Eyni zamanda, Qaydanın 4.6-cı bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxs və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Attestasiyanın nəticələrinə dair məlumat
(rəhbər işçilər)
№ |
Namizədin adı |
Topladığı bal |
1. |
Mikayılov Sarxan Umudvar oğlu |
87 bal |
2. |
Qasımov Tural Nazim oğlu |
86 bal |
Attestasiyanın nəticələrinə dair məlumat
(sığorta vasitəçiləri)
№ |
Namizədin adı |
Topladığı bal |
1. |
İsmayılov Rauf Sərdar oğlu |
59 bal |
Attestasiyanın nəticələrinə dair məlumat
(aktuarilər)
№ |
Namizədin adı |
Topladığı bal |
1. |
Vəliyev Nəsir Asif oğlu |
68 bal |
Dİgər xəbərlər