Xəbərlər
Mərkəzi Bank və Maliyyə Monitorinqi Xidməti tərəfindən maliyyə institutları üçün tədbir keçirilmişdir
13-02-2023
13 fevral 2023-ci il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə Monitorinqi Xidməti tərəfindən maliyyə institutları üçün 1 fevral 2023-cü il tarixində qüvvəyə minmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın və terrorçuluğun maliyyələşdirilməsi haqqında” Qanuna, İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərə, “Hədəfli Maliyyə Sanksiyaları haqqında” Qanuna dair məlumatlandırıcı xarakterli tədbir keçirilmişdir.
Tədbirdə banklar, həyat sığortası və təkrarsığorta şirkətləri, investisiya şirkətləri, poçt rabitəsinin milli operatoru və mərkəzi depozitarın əməkdaşları iştirak etmişlər. Tədbirdə yeni qanunvericiliyin tələbləri və əsas dəyişikliklər müzakirə edilmişdir. Həmçinin, maliyyə institutlarının əməkdaşları tərəfindən səsləndirilən suallar cavablandırılmış, əlavə rəy və təkliflər müzakirə edilmişdir.
Dİgər xəbərlər