Xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Mərkəzi Bank maliyyə savadlılığı tədbirlərini davam etdirir

10-04-2023

10 aprel 2023-cü il, Bakı: “Heydər Əliyev İli” - nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Mərkəzi Bank tərəfindən Qərbi Kaspi Universitetində 110 nəfərə yaxın tələbə və müəllim heyəti üçün “Pul siyasəti və onun əməliyyat çərçivəsi” mövzusunda seminar təşkil olunmuşdur.

 

Seminar iştirakçılarına həmçinin Mərkəzi Bankın elektron resursları, o cümlədən Maliyyə savadlılığı portalı (bizimpullar.az), Virtual təhsil platforması (edu.e-cbar.az) və Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sisteminə (infobank.az) dair ətraflı məlumat təqdim edilmişdir.

 

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzular ətrafında müzakirələr aparılmışdır.

 

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən maliyyə savadlılığı mövzuları üzrə müxtəlif hədəf qrupları üçün ənənəvi və onlayn seminarların təşkili davam etdirilir.