Xəbərlər

Azərbaycan Respublikasının Mərkəzi Bankı KOTİROVKA SORĞUSU elan edir

05-07-2023

Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan lift qurğuları üçün 2 ədəd kondisionerin təchizatı və quraşdırılması işlərinin, həmçinin lift qurğuları üçün birdəfəlik ehtiyat hissələrinin satın alınması ilə bağlı kotirovka sorğusu elan edir.

 

Kotirovka sorğusunda iştirak etmək arzusunda olan malgöndərənlər əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalından (https://etender.gov.az/) (Portal) əldə edə bilərlər.

 

Kotirovka sorğusu üzrə təklif və digər zəruri sənədlər ən geci 20 iyul 2023-cü il saat 18:00-dək Portal vasitəsilə təqdim olunmalıdır. Təkliflərin açılışı 21 iyul 2023-cü il saat 10:00-da Portal vasitəsilə həyata keçiriləcək.

 

Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs – Natiq Cəfərov, telefon - 493 11 22 (daxili 145).

 

Satınalmalar komissiyası