Xəbərlər

“Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda elmi konfrans keçirilmişdir

10-07-2023

10 iyul 2023-cü il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Sosial Tədqiqatlar Mərkəzi və Mediasiya Şurasının birgə təşkil etdiyi “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda elmi konfrans keçirilmişdir.

 

Konfransda Mərkəzi Bankın və Mediasiya Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, mediatorlar, ekspertlər və media nümayəndələri iştirak etmişdir.

 

Görüş zamanı maliyyə xidməti istehlakçılarının və investorlarının hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilmiş, eyni zamanda maliyyə mübahisələri zamanı alternativ həll yollarından biri kimi mediasiyanın əhəmiyyəti barədə müzakirə aparılmışdır.

 

Mediasiya Şurası tərəfindən barışıq sazişi nümunəsi konfrans iştirakçılarına təqdim edilmişdir.