Xəbərlər
Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə
18-07-2023
18 iyul 2023-cü il, Bakı: 17 iyul 2023-cü il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiya keçirilmişdir.
Nəticələrə əsasən attestasiyada iştirak edən Atakişiyev Məmməd Natiq oğlu 91 bal toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxs və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Dİgər xəbərlər