Xəbərlər
Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə
08-08-2023
2023-cü il; Bakı – 19 və 27 iyul 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankında aktuari şəhadətnaməsi almaq üçün “Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” və “Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri” mövzuları üzrə attestasiyalar keçirilmişdir.
Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən Muradlı Murad Zakir oğlu “Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” mövzusu üzrə 63 bal toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 5.5-ci bəndinə əsasən attestasiyada iştirak edən şəxs müvafiq mövzu üzrə 60 balı topladıqda attestasiyadan keçmiş hesab olunur.
Dİgər xəbərlər