Xəbərlər
Sığorta sektorunda qüvvəsi məhdudlaşdırılan lisenziyalar barədə məlumat
11-08-2023
11 avqust 2023-cü il, Bakı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 11 avqust 2023-cü il tarixindən məhdudlaşdırılmışdır.
Qanunun 105.3-cü və 105.4-cü maddələrinə müvafiq olaraq sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir. Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək və ya onlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirməlidir.
Dİgər xəbərlər