Xəbərlər
Makroiqtisadi dayanıqlılıq üzrə İşçi qrupun ilk iclası keçirilmişdir
13-09-2023
13 sentyabr 2023-cü il, Bakı: “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətininin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə yaradılmış və sədrliyi Mərkəzi Banka həvalə edilmiş Makroiqtisadi dayanıqlılıq üzrə İşçi qrupun 13 sentyabr 2023-cü il tarixində Mərkəzi Bankın əsas inzibati binasında ilk iclası keçirilmişdir.
İclasda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Daxili və xarici təsirlərə dayanıqlıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin 2023-cü ilin birinci yarımili üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair ətraflı məlumat verilmiş, həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində İşçi qrupu üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılmış, habelə növbəti addımlar müəyyən edilmişdir.
İclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Neft Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Əmanətlərin Sığortalanması Fondunun və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak etmişdir.
Dİgər xəbərlər