Xəbərlər
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılır
18-09-2023
18 sentyabr 2023-cü il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.
İmza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilmişdir. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilmişdir.
Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılmışdır.
Yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.
Banknotun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.
Dİgər xəbərlər