Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

19-09-2023

2023-cü il; Bakı – 19 sentyabr 2023-cü il tarixlərində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiya keçirilmişdir.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 3 nəfər (siyahı əlavə  olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxs və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat

                                                                       (sığorta vasitəçiləri)

                       

Namizədin adı

Topladığı bal

1.        

Sadıqova Röya Xalıqverdi qızı

85 bal

2.        

Əliyev Sübhan Əbilhəsən oğlu

80 bal

3.        

Hüseynov Samir Samil oğlu

82 bal

4.        

Məmmədova Nərmin Azər qızı

66 bal