Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

14-02-2024

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Sosial media monitorinqi xidmətinin satın alınması üzrə kotirovka sorğusu keçirir.

2. Təkliflərin açılma proseduru 04 mart 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kotirovka sorğusu mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndiriləcək.

4. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 48,85 (qırx səkkiz manat 85 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə kotirovka sorğusunun şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.

5. Kotirovka sorğusunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 04 mart 2024-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

7. Xidmətin göstərilməsi müddəti: satınalma müqavilə imzalandığı tarixdən 1 (bir) il müddətində.

9. Qiymətləndirmə meyarı: qiymət amili.

10. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs:

Əhmədli Günay Əlihüseyn qızı

Satınalma mütəxəssisi

Gunay_Ahmadli@cbar.az