Xəbərlər

Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri barədə

13-03-2024

13 Mart 2024-cü il, BakıMərkəzi Bank tərəfindən 2023-cü ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanmışdır. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.

 

Sorğu nəticələrinə əsasən 2023-cü ilin IV rübündə biznes və istehlak portfelləri üzrə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması davam etmişdir. Sorğuya əsasən banklar 2024-cü ilin I rübündə də hər 3 portfel üzrə standartların yumşalacağı və tələbin artacağı qənaətindədirlər. Sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

 

2023-cü ilin IV rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq olar:

 

Sorğunun nəticələri