Xəbərlər
Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına dair növbəti tədbir keçirilib
21-05-2024
21 may 2024-cü il, Bakı: Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi Mərkəzi Bankın diqqət mərkəzində duran məsələlərdəndir. May ayının 20-də Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasına üzv olan bankların “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun görüşü bu çərçivədə növbəti təşəbbüs olub.
Görüşdə Mərkəzi Bankın maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə həyata keçirdiyi təşəbbüslərə dair təqdimat diqqətə çatdırılıb. Həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında birgə müzakirələr aparılıb. Görüş sual-cavab sessiyası ilə davam edib.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən bu istiqamətdə aidiyyəti təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsi və davamlı tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Dİgər xəbərlər