Xəbərlər
Mərkəzi Bankda “Likvidliyin örtülmə əmsalı” mövzusunda təlim keçirilib
08-07-2024
8 iyul 2024-cü il, Bakı: Mərkəzi Bank tərəfindən maliyyə və mərkəzi bankçılıq sahəsində məlumatlılığın artırılması məqsədilə təlimlərin təşkili davam etdirilir.
Növbəti təlim iyul ayının 5-də “Likvidliyin örtülmə əmsalı” mövzusunda keçirilib. Mərkəzi Bank əməkdaşları tərəfindən likvidlik riski, onun mənbəyi və idarə edilməsi, o cümlədən likvidliyin örtülmə əmsalının tətbiqi ilə bağlı məqamlar əhatə edilib. Həmçinin beynəlxalq təcrübədən nümunələr üzrə praktiki məlumatlar paylaşılıb.
Təqdimatın gedişatı zamanı mətbuat nümayəndələrinin sualları da cavablandırılıb.
Təlimin sonunda Mərkəzi Bankın sədri Taleh Kazımov iştirakçılarla görüşərək onları maraqlandıran mövzular ətrafında müzakirələrə qatılıb.
Dİgər xəbərlər
05-06-2025
Təkliflərin cəlb edilməsi barədə elan
05-06-2025
Bildiriş
03-06-2025
Bildiriş